Qazaxıstanlı alimlər BDU-nun Abay Mərkəzində olublar

07/04/2017

Qlobal Karyera İnstitutunun dəvətilə Azərbaycanın təhsil sistemi ilə tanış olmaq məqsədilə Qazaxıstandan Bakıya gələn bir qrup filoloq- alim BDU-nun Abay Mərkəzində olublar. 
Abay adına Qazax Milli Pedaqoji Universiteti, Əl-Fərabi adına Qazax Dövlət Univeristeti, Turan-Astana Universiteti və Taraz Dövlət Universitetinin professor-müəllim heyəti Abay Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Azərbaycanda nəşr olunan “Abay”, “Qız Cibək”, “Qazax xanlığı” və s. kitabları qonaqlarda xoş təəssürat oyadıb.
Qazaxıstanlı filoloqlar, eyni zamanda, BDU-nun Filologiya fakültəsinin bəzi kafedralarının tədris-metodiki üsulları ilə yaxından tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 07 aprel 2017-ci il.


Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026