Qazaxıstanlı tələbələr BDU-da təhsil alacaqlar

01/03/2022

Qazaxıstan Respublikasının Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin 4 tələbəsi martın 1-dən yaz semestrinin sonunadək Bakı Dövlət Universitetində (BDU) təhsil alacaq.

Bu, BDU ilə Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti (XDTMU) arasında 2018-ci il 5 may tarixində bağlanmış əməkdaşlıq memorandumuna əsasında həyata keçirilir.

XDTMU-nun hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri - Akjunis Tolemis və Zahid Talıbov BDU-nun Hüquq fakültəsində ailə hüququ, dəniz və enerji hüququ dərslərində iştirak edəcəklər.

XDTMU-nun riyaziyyat müəllimliyi (ingilis bölməsi) ixtisası üzrə təhsil alan tələbələri - Qalımjan Saktaqanov və Bayırjan Kuanşbekuli isə BDU-nun Mexanika-riyaziyyat fakültəsində funksional analiz, diskret riyaziyyat, riyazi məntiq dərslərinə qatılacaqlar.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026