Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər

27/10/2025

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin “İnformatika müəllimliyi” və “Riyaziyyat müəllimliyi” ixtisasları üzrə ikinci kurs magistrantları Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində elmi təcrübə keçiblər.

Təcrübə proqramı iki ali təhsil müəssisəsi arasında mövcud olan əməkdaşlıq əlaqələri çərçivəsində həyata keçirilib. Təcrübənin məqsədi magistrantların nəzəri biliklərini praktik fəaliyyətlə uzlaşdırmaq, elmi-tədqiqat bacarıqlarını inkişaf etdirmək və onların müasir informasiya texnologiyaları, tətbiqi riyaziyyat və kibernetika sahələrində biliklərini genişləndirmək olub.

Təcrübə müddətində magistrantlar fakültənin elmi laboratoriyaları və kafedralarında aparılan tədqiqat işləri ilə tanış olub, professor-müəllim heyətinin mühazirə və seminarlarında iştirak ediblər.

Elmi təcrübə proqramının sonunda magistrantlara BDU tərəfindən sertifikatlar təqdim olunub. Təltifetmə mərasimində iki universitet arasında akademik və elmi əməkdaşlığın əhəmiyyəti vurğulanıb, gələcəkdə birgə layihələrin və tədqiqatların həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
14/06/2026

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026