Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər

15/12/2025

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin “Riyaziyyat müəllimliyi” ixtisası üzrə ikinci kurs magistrantları Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində elmi təcrübə keçiblər.

Elmi təcrübə proqramı iki ali təhsil müəssisəsi arasında mövcud əməkdaşlıq əlaqələri çərçivəsində həyata keçirilib. Təcrübənin əsas məqsədi magistrantların nəzəri biliklərini praktik fəaliyyətlə uzlaşdırmaq, elmi-tədqiqat bacarıqlarını inkişaf etdirmək, eləcə də onların müasir informasiya texnologiyaları, tətbiqi riyaziyyat və kibernetika sahələri üzrə biliklərini genişləndirmək olub.

Təcrübə müddətində magistrantlar fakültənin elmi laboratoriya və kafedralarında aparılan tədqiqat işləri ilə tanış olub, professor-müəllim heyətinin mühazirə və seminarlarında iştirak ediblər.

Proqramın sonunda magistrantlara BDU tərəfindən sertifikatlar təqdim olunub. İki universitet arasında akademik və elmi əməkdaşlığın əhəmiyyəti vurğulanıb, gələcəkdə birgə layihələrin və elmi tədqiqatların həyata keçirilməsinin vacibliyi qeyd edilib.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026