Qazaxıstanın Abay Universitetinin magistrantları BDU-nun Fizika fakültəsində təcrübə keçiblər

14/04/2026

Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın Abay Universiteti arasında mövcud əməkdaşlıq çərçivəsində “Fizika müəllimliyi” ixtisası üzrə təhsil alan bir qrup magistrant 01–14 aprel 2026-cı il tarixlərində BDU-nun Fizika fakültəsində istehsalat və pedaqoji təcrübə proqramında iştirak edib.

Təcrübə proqramının əsas məqsədi magistrantların nəzəri biliklərini praktik mühitdə tətbiq etmələrinə şərait yaratmaq, onların elmi-pedaqoji bacarıqlarını inkişaf etdirmək və beynəlxalq akademik mübadiləni gücləndirmək olub.

Proqram çərçivəsində magistrantlar fakültədə tədris prosesinə cəlb olunublar. Onlar müasir fizikanın müxtəlif sahələrini əhatə edən mühazirələrdə iştirak edib, seminar və məşğələ dərslərində aktiv müzakirələr aparıblar. Eyni zamanda, tələbələr laboratoriyalarda keçirilən praktiki məşğələlərdə iştirak edərək eksperimental qurğularla işləmək, ölçmələr aparmaq və əldə olunan nəticələri təhlil etmək bacarıqlarını təkmilləşdiriblər. Onlara fakültənin professor-müəllim heyəti tərəfindən metodiki və elmi dəstək göstərilib.

Bununla yanaşı, magistrantlara Azərbaycanın ali təhsil sistemi, BDU-da həyata keçirilən elmi-tədqiqat istiqamətləri, eləcə də Fizika fakültəsində icra olunan aktual elmi layihələr barədə ətraflı məlumat verilib. Tələbələr fakültənin maddi-texniki bazası, müasir laboratoriya avadanlıqları və tədris metodikası ilə yaxından tanış olublar.

Aprelin 14-də təşkil olunmuş yekun görüşdə magistrantlarla fikir mübadiləsi aparılıb, onların təcrübə müddətində qazandıqları bilik və təəssüratlar dinlənilib. Görüşün sonunda iştirakçılara proqramı uğurla başa vurduqlarını təsdiq edən sertifikatlar təqdim edilib.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026