Qazaxıstanın Almatı Dövlət Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər

01/05/2025

Qazaxıstanın Almatı Dövlət Universitetinin “İnformatika” ixtisası üzrə magistrantları Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika kafedrasında elmi təcrübə keçiblər.

14 gün çəkən təcrübə müddətində Almatı Dövlət Universitetinin magistrantları Danıyar Aben, Laura Taskul, Asem Suleymanxan, Abdulazizxan Vafayev, Akbota Şaqirova kafedranın dosentləri Sevinc Rəsulova və Nazlı Həsənovanın dərslərində, kafedranın elmi seminarlarında və II kurs magistrlərin dissertasiya işlərinin ilkin müzakirələrində iştirak ediblər. Onlar Universitetin tədris-elmi infrastrukturu, Elmi Kitabxanası, muzeyləri, “Eko Məkan”ı ilə də tanış olublar. Sonda Universitet rəhbərliyi tərəfindən qonaqlara sertifikatlar verilib.

 

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026