Qazaxıstanın Azərbaycandakı səfiri BDU-da

06/10/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb.

Rektor Elçin Babayev BDU-nun beynəlxalq əlaqələrində türkdillin dövlətlərin ali məktəbləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb. Qeyd edib ki, hazırda BDU ilə Qazaxıstanın iki universiteti arasında ikili diplom proqramı mövcuddur. Daha iki universitetlə ikili diplom proqramı üzərində isə işlər tamamlanmaq üzrədir. BDU-nun əcnəbi tələbələri arasında Qazaxıstandan olan tələbələr üstünlük təşkil edir. Hazırda BDU-da Abay Kunanbayev adına Qazax Mərkəzi fəaliyyətini uğurla davam etdirir.

Səfir Serjan Abdıkarimov BDU-da Monqolustanın Nomqon vadisində tapılan ikinci Göytürk dövlətinin qurucusu İltəriş Kutluq Xaqana (VII əsr) aid yeni yazılı daş kitabə və abidə kompleksinin təqdimatına görə rektor Elçin Babayevə təşəkkürünü bildirib. Qeyd edib ki, bu tapıntı bütün türk dövlətləri üçün böyük hadisədir. Səfir türk xalqlarının qədim və ortaq tarixinin öyrənilməsində Qazaxıstan dövlətinin də maraqlı olduğunu, bu məsələdə elm adamlarının üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb. O, BDU ilə Qazaxıstanın ali məktəbləri arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu diqqətə çatdırıb.

Görüşdə BDU ilə Qazaxıstanın ali məktəbləri arasında əməkdaşlığın daha da dərinləşməsi, maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür
24/06/2026

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək
24/06/2026