Qazaxıstanın dilçi alimləri filologiya fakültəsinin qonağı olub

04/06/2018

Qazaxıstanın Pavlodar Dövlət Pedaqoji Universitetinin Rus dilçiliyi kafedrasının alimləri – professor Gülnarə Suyunova və dosent Olqa Andryuşenko  filologiya fakültəsinin qonağı olub. Görüşdə fakültə dekanı, dosent Elçin Məmmədov, dekan müavini, dosent Cavanşir Muradov, Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər və “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları iştirak edib.

Qonaqları salamlayan dekan Elçin Məmmədov görüşdən məmnunluq duyduğunu bildirib, onlara universitetimiz haqqında ətraflı məlumat verib, BDU-nun Qazaxıstanın aparıcı universitetləri ilə filologiya isitiqamətində qarşılıqlı əlaqələrindən söz açıb.

Dekan müavini Cavanşir Muradov, professor Ramiz Əskər, fil.ü.f.d. Ülviyyə Hüseynova Qazaxıstanda və Azərbaycanda türkoloji mühit, BDU-da türkologiya və ümumi dilçilik istiqamətləri üzrə aparılan tədqiqatlar, həmçinin hər iki təhsil müəssisəsindəki tədris prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.

Professor G.Suyunova və dosent  O.Andryuşenka Azərbaycana ilk gəlişləri olsa da, paytaxt Bakını çox bəyəndiklərini bildiriblər. Belə bir tanışlıqdan məmnunluq duyan qonaqlar bundan sonra hər iki universitet arasında dilçilik istiqaməti üzrə əlaqələrin inkişafının zəruriliyini vurğulayıb, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş qarşılıqlı dialoq və müzakirələrlə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 04 iyun 2018-ci il.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026