Qazaxıstanın Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin nümayəndə heyəti BDU-da

03/03/2025

Qazaxıstanın Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin tədris işləri üzrə prorektoru Kayırbek Makulovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

Qonaqları salamlayan rektor Elçin Babayev hər iki qardaş xalqın ortaq tarixə, kökə malik olduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri elm, təhsil sahəsində də hərtərfli əməkdaşlığa imkan yaradıb. BDU Qazaxıstan universitetləri ilə məhsuldar əməkdaşlığa malikdir. BDU-nun 12 ikili diplom proqramından 4-ü Qazaxıstan universitetləri ilə həyata keçirilir. Onların sırasında 2022-ci ildə BDU ilə Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti arasında "Beynəlxalq münasibətlər" ixtisası üzrə imzalanan bakalavriat səviyyəsində birgə ikili diplom proqramı özünəməxsus yer tutur.

Elçin Babayev bildirib ki, BDU hüquq, beynəlxalq münasibətlər, şərqşünaslıq, riyaziyyat, fizika, kimya, biologiya, filologiya üzrə güclü məktəblərə malikdir. Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti  ilə bu istiqamətlərdə, eləcə də humanitar sahələr üzrə əməkdaşlıq edilə, birgə elmi tədqiqatlar həyata keçirilə, ikili diplom proqramlarının sayı artırıla bilər.

Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin tədris işləri üzrə prorektoru Kayırbek Makulov Azərbaycanın ən böyük ali məktəbi olan BDU ilə elmin müxtəlif sahələri üzrə əməkdaşlığı daha da gücləndirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

Xəbərlər

BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"

BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"
01/05/2026

BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib

BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib
01/05/2026

Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb

Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb
01/05/2026