Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin əməkdaşları Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsində olub

22/09/2014

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzinin direktoru Cəmilə Məmmədova ilə görüş keçirilib. Görüşdə Bakı Dövlət Universiteti ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşdə fakültə dekanı, professor Zeynal Həsənalıyev, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, professor Amil Məhərrəmov, Dünya iqtisadiyyatı kafedrasının müdiri professor Hacıağa Rüstəmbəyov, İqtisadiyyat kafedrasının müdiri, professor Elşar Orucov, həmçinin dekan müavini Əlimusa İbrahimov iştirak etdiblər.

Görüşdə BDU-da İqtisadi tədqiqat mərkəzinin yaradılması və digər məsələlər müzakirə edilib.

Mətbuat və informasiya şöbəsi, 22 sentyabr 2014-cü il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026