Qələbə bizimlədir!

27/09/2020

Ulu Öndərimiz Heydər Əliyevin çağırışlarının əsas mahiyyətini təşkil edən bu tezisi bir daha yada salmaq istərdik: "Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya da daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir". Əbəs yerə deyilmir ki, ordun varsa, yurdun var. Bu ilin iyulunda Tovuz istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin təxribatının qarşısını qətiyyətlə alması da bunu bir daha təsdiqlədi. Azərbaycan ordusu bütün parametrlərinə görə Cənubi Qafqazda ən güclü silahlı qüvvəsidir. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması, təchizatın yüksək səviyyəyə çatdırılması istiqamətində son illər bir sıra kompleks və sistemli tədbirlər görülüb. Valideynlər qürurla övladlarını ordu sıralarına göndərir.

Azərbaycan dövlətini heç bir qüvvə sarsıda bilməz, ölkəmiz iqtisadi, siyasi, regional mərkəzə çevrilib. Bütün bu uğurlarımız dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti ilə yanaşı, xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti hesabına əldə edilib. Müstəqillik yolunda əldə etdiyimiz uğurlarımızı, qüdrətimizi və nailiyyətlərimizi hər vəchlə qorumalı, ölkəmizin inkişafına töhfələrimizi artırmalıyıq.

Bu gün həm dünyanını bürümüş koronavirus pandemiyası ilə, həm də cəbhədə düşmənə qarşı mübarizədə milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdiririk. Əminik ki, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad ediləcək, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıdacaq. Azərbaycan xalqı inanır ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu siyasət xalqımızı Böyük Qələbəyə çatdıracaqdır!!!

Bizim mübarizəmiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında gözümüz yoxdur, baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Qəhrəman ordumuz Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təminatçısıdır. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanlar heç vaxt unudulmayacaq, onlar daim qəlbimizdə yaşayacaqlar. Onların qəhrəmanlığı Azərbaycan Ordusunun əsgərləri, gənclərimiz, bütövlükdə hər bir Azərbaycan vətəndaşı üçün örnəkdir. Biz Vətən, torpaq uğrunda həlak olmuş bütün şəhidlərin ruhu qarşısında baş əyirik. Allah onlara rəhmət eləsin! Onların qanı yerdə qalmayacaq və yerdə qalmır.

Azərbaycan haqq mübarizəsi aparır! Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır!

Artıq cəbhə bölgəsindən qələbə xəbərləri almaqdayıq. Bu gün şanlı ordumuzun apardığı döyüşlər nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri düşmən tapdağından azad edilib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan bu münasibətlə Azərbaycan xalqını təbrik edib.

Hazırda cəbhə boyu ordumuz düşmənə layiqli cavab verir. Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb. Döyüş əməliyyatları davam edir. Bundan sonra da Şanlı Ordumuz bizi uğurlu əməliyyatları ilə sevindirəcək.

Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ürəyi  Azərbaycan əsgərləri ilə bir döyünür. Səbirsizliklə Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuzun zəfər xəbərlərini, doğma ata-baba torpaqlarının azad olması müjdələrini gözləyirik.

Qələbə bizimlədir!!!

Xəbərlər

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb

BDU nümayəndə heyəti Bişkek Dövlət Universitetinin rektoru ilə görüşüb
20/12/2024

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
20/12/2024

BDU-da uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar araşdırılıb

BDU-da uşaq ədəbiyyatı üzrə biblioqrafik resurslar araşdırılıb
20/12/2024