Qələbənin 65-ci ildönümünə həsr edilmiş konfrans keçirilib

05/05/2010

Mayın 5-də Bakı Dövlət Universitetində 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümünə həsr edilmiş elmi-praktiki konfrans keçirilib. Rektor, millət vəkili, akademik Abel Məhərrəmov Böyük Vətən müharibəsinin bəşəriyyətə ağır bəlalar gətirdiyini, bir çox xalqlara, o cümlədən Azərbaycan xalqına ağır zərbələr vurduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bu müharibədə tarixi Qələbənin qazanılmasında qəhrəman Azərbaycan övladlarının əzolunmaz payından danışıb, müharibənin od- alovlarından çıxmış Qələbə veteranlarını təbrik edib. Universitet Veteranlar Şurasının sədri, professor Abuzər Xələfov başda olmaqla, 7 nəfər müharibə veteranına pul mükafatı və çiçək dəstələri bağışlanıb.

Tədbirdə YAP sədrinin müavini – icra katibi Əli Əhmədov, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov və digər şəxslər iştirak ediblər.

 

Mətbuat xidməti


Xəbərlər

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti ilə anlaşma memorandumu imzalayıb
06/10/2026

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib

BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
06/10/2026

Tanınmış bəstəkar, BDU-nun dosenti Fikrət Əlizadənin “Qəlbin simfoniyası” adlı yubiley gecəsi

Tanınmış bəstəkar, BDU-nun dosenti Fikrət Əlizadənin “Qəlbin simfoniyası” adlı yubiley gecəsi
06/10/2026