Əqli Mülkiyyət Agentliyində BDU magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib

05/07/2024

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının əqli mülkiyyət hüququ və informasiya hüququ ixtisaslaşmaları üzrə 9 magistrantın dissertasiya işlərinin müdafiəsi keçirilib.

Tədbirdə İdarə Heyətinin sədri Kamran İmanov çıxış edərək əqli mülkiyyət hüquqlarının qorunmasının hər bir ölkənin hüquq sistemində mühüm yer tutduğunu və bu hüquqların effektiv qorunmasının iqtisadi, sosial-mədəni və elmi inkişafın əsasını təşkil etdiyini vurğulayıb. Kamran İmanov bildirib ki, əqli mülkiyyət hüququ əqli fəaliyyətin nəticələrinin təmin edilmiş hüquqlarıdır. Daha sonra sədr məzunları təbrik edərək təhsil yollarında onlara uğurlar arzu edib və onların biliklərini yüksək səviyyədə nümayiş etdirəcəklərinə əmin olduğunu bildirib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev diqqətə çatdırıb ki, əqli mülkiyyətin mühafizəsi sahəsində ixtisaslı kadrların hazırlanması məqsədilə 2019-cu il dekabrın 16-da Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq BDU-da Əqli mülkiyyət hüququ kafedrası yaradılıb və kafedra əqli mülkiyyət sahəsində ixtisaslı kadrların hazırlanmasına böyük töhfələr verir.

Sonda imtahan komissiyası üzvləri tərəfindən magistrantların dissertasiya işləri qiymətləndirilib.

Qeyd edək ki, 4 magistrant əqli mülkiyyət hüququ ixtisaslaşması üzrə Fransanın Lion-2 Universiteti və Bakı Dövlət Universitetinin birgə həyata keçirdikləri layihə çərçivəsində ikili diplomlu magistr proqramını müvəffəqiyyətlə bitirib. Digər 5 magistrant isə informasiya hüququ ixtisaslaşması üzrə dissertasiya işlərini uğurla müdafiə ediblər.

https://azertag.az/xeber/eqli_mulkiyyet_agentliyinde_bdu_magistrantlarinin_dissertasiya_islerinin_mudafiesi_kechirilib-3084354

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq
23/06/2026

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib
23/06/2026