Əqli Mülkiyyət Agentliyinin kitabxanasının direktoru BDU-da ustad dərsi keçib

07/05/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə “Elmi-texniki kitabxanalarda informasiya fəaliyyətinin menecmenti” mövzusunda ustad dərsi keçirilib. Ustad dərsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli məruzə edib.

Mübariz Məmmədli kitabxana-informasiya fəaliyyətinin menecmenti sahəsində baş verən dəyişikliklər, meydana çıxan yeni paradiqmalar barədə məlumatları diqqətə çatdırıb. Bildirib ki, müasir çağırışlara uyğun olaraq bu istiqamətdə müəyyənləşdirilmiş prioritetlər kitabxana resurslarının idarə edilməsi, sənəd menecmenti, informasiya logistikası, müəlliflik hüquqları və əlaqəli hüquqlar kimi sahələrə bir sıra yeniliklər gətirib.

Məruzədə xüsusi oxucu kontingentinə malik elmi-texniki kitabxanaların fəaliyyətinin spesifikasından, tətbiq olunan iş metodlarından bəhs edilib: “Bu kitabxanalar nazirliklərə, şirkətlərə, idarə və müəssisələrə, elmi tədqiqat və layihə institutlarına, elm və texnika sahəsində tədqiqat aparan ayrı-ayrı şəxslərə, ali məktəb tələbələrinə kitabxana-informasiya xidməti göstərir”.

Mübariz Məmmədli həmçinin rəhbərlik etdiyi kitabxananın strukturu, sənəd dövriyyəsi, kitab fondu, komplektləşdirmə mənbələri və prioritetləri barədə məlumatları diqqətə çatdırıb.

İnteraktiv müzakirə şəraitində keçən dərs zamanı bir sıra təqdimatlar nümayiş etdirilib, informasiya menecmentinin müasir tendensiyaları barədə fikir mübadiləsi aparılıb.

Xəbərlər

Ana dilimiz – milli sərvətimiz, iftixarımız

Ana dilimiz – milli sərvətimiz, iftixarımız
01/08/2025

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub
01/08/2025

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib
01/08/2025