BDU tələbələri QİÇS-lə mübarizə haqqında məlumatlandırılıblar

06/12/2022

Bakı Dövlət Universitetində (BDU) Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Mərkəzin mütəxəssisləri və universitetin müəllim-tələbə heyəti iştirak edib.

Tədbirdə QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşı Dilşad Mahmudova QİÇS/İİV infeksiyası ilə mübarizə sahəsində ölkədə həyata keçirilən tədbirlər haqqında məlumat verib, tələbələri xəstəliyə yoluxma yolları barədə məlumatlandırıb. O, narkomaniya və digər zərərli vərdişlərlə mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri həmin sosial bəladan qorumaq, onlarda sağlam həyat tərzinə marağı artırmaq üçün maarifləndirmə işlərini daim diqqət mərkəzində saxlamağın, milli-mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verməyin vacibliyini vurğulayıb.

Dilşad Mahmudova bildirib ki, İİV/QİÇŞ problemi daim Səhiyyə Nazirliyinin nəzarətindədir, Müxtəlif əhali qrupları arasında vaxtaşırı maarifləndirmə tədbirləri təşkil edilir, narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlar verilir.

Tədbirin sonunda Universitetin foyesində yerləşdirilən məntəqədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkim briqadası tərəfindən müraciət edən tələbələrdən anonim test nümunələri götürülüb.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026