BDU-da “QS Quacquarelli Symonds” reytinq agentliyinin nümayəndələri ilə görüş keçirilib

19/11/2024

Bakı Dövlət Universiteti (BDU) ilə nüfuzlu “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin nümayəndələri arasında görüş keçirilib.

Görüşdə BDU rektoru Elçin Babayev, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, QS-in baş vitse-prezidenti Ben Sovter, analitika və qiymətləndirmə üzrə direktoru Leigh Kamolins, regional direktoru Sergey Xristoliubov iştirak edib.

Rektor Elçin Babayev BDU-nun tədris, elmi tədqiqat və beynəlmiləlləşmə istiqamətləri üzrə son illər ərzində əldə etdiyi uğurlara dair reytinq agentliyinin nümayəndələrinə geniş məlumat verib. QS-in baş vitse-prezidenti Ben Sovter BDU-nu “QS Dayanıqlılıq Reytinqi 2025” reytinq siyahısında 345-dən çox pillə irəliləməsi və 941-950-ci diapazonda qərarlaşaraq, Azərbaycanda TOP-1000-ə daxil olan yeganə ali təhsil müəssisəsi olması münasibəti ilə təbrik edib.

Görüşdə rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov reytinqlərlə iş istiqaməti üzrə görülən işlərə, eləcə də son illərdə əldə edilən uğurlara dair təqdimatla çıxış edib.

Daha sonra isə reytinq agentliyinin nümayəndələri ünvanlanan sualları cavablandırıblar.

Xəbərlər

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb
11/08/2026

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır
11/08/2026

BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır
11/08/2026