“QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin BDU əməkdaşları üçün təlimi

30/05/2024

Nüfuzlu “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları üçün onlayn təlim təşkil edib.

Təlimdə müxtəlif kateqoriyalar üzrə QS reytinq nəticələrinin BDU üçün əhəmiyyətindən bəhs edilib. Reytinqlərdə irəliləmə istiqamətində BDU-da görülmüş işlər haqqında agentliyin nümayəndələrinə məlumat verilib. Sonra isə təlimçilər agentliyin fəaliyyətinə və “QS Subject Ranking” kateqoriyasına dair geniş təqdimatla çıxış ediblər. Eləcə də müvafiq kateqoriya üzrə göstəricilər əsasında BDU-nun mövcud vəziyyəti bir sıra xarici ali təhsil müəssisələri ilə müqayisəli təhlil edilib.

Sonda agentliyin nümayəndələri tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
18/11/2026