“QS Quacquarelli Symonds” Reytinq Agentliyi BDU əməkdaşları üçün təlim keçirib

29/11/2023

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları üçün nüfuzlu “QS Quacquarelli Symonds” Reytinq Agentliyi tərəfindən təlim təşkil edilib. Onlayn təşkil olunmuş təlimdə açılış nitqi ilə çıxış edən rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov müxtəlif kateqoriyalarda QS reytinq nəticələrinin BDU üçün əhəmiyyətindən bəhs edib, təlim iştirakçılarına uğurlar arzulayıb.

Təlimdə QS Reytinq Agentliyinin nümayəndələri tərəfindən Agentliyin fəaliyyətinə və “QS Europe Ranking” kateqoriyasına dair geniş məlumat verilib, eləcə də müvafiq kateqoriya üzrə göstəricilər əsasında BDU-nun mövcud vəziyyəti bir sıra xarici ali təhsil müəssisələri ilə müqayisəli təhlil edilib. Daha sonra Agentliyin nümayəndələri tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məlumat üçün bildirək ki, “QS Quacquarelli Symonds” təşkilatı tərəfindən tərtib olunan “QS Europe 2023” reytinqi üzrə BDU fakültə-tələbə (faculty-student ration) nisbətinə görə Avropa üzrə 90-cı, Azərbaycan üzrə isə 1-ci yerdə qərarlaşıb. Beynəlxalq tədqiqat şəbəkəsi (International Research Network) indikatoru üzrə BDU Azərbaycan ali təhsil müəssisələri arasında 1-ci olaraq müəyyənləşib. Bununla yanaşı, BDU akademik reputasiya (academic reputation) və fakültə üzrə elmi məqalə nisbətinə (paper per faculty) görə ölkə üzrə 2-ci yerdə qərarlaşıb. “QS Quacquarelli Symonds” təşkilatı tərəfindən tərtib olunan “QS Western Asia” reytinqi üzrə isə BDU 19-cu yerdə müəyyənləşib.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026