“QS QUACQUARELLI SYMONDS” Reytinq Agentliyi BDU-nun əməkdaşları üçün təlim keçirib

02/10/2023

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları üçün nüfuzlu “QS QUACQUARELLI SYMONDS” Reytinq Agentliyi tərəfindən təlim təşkil edilib.

Təlimdə açılış nitqi ilə çıxış edən rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov müxtəlif kateqoriyalar üzrə QS reytinq nəticələrinin BDU üçün əhəmiyyətindən bəhs edib, təlim iştirakçılarına uğurlar arzulayıb.

Təlimdə QS Reytinq Agentliyinin nümayəndələri tərəfindən Agentliyin fəaliyyətinə və “QS Subject Ranking” kateqoriyasına dair geniş məlumat verilib, eləcə də müvafiq kateqoriya üzrə göstəricilər əsasında BDU-nun mövcud vəziyyəti bir sıra xarici ali təhsil müəssisələri ilə müqayisəli təhlil edilib.

Daha sonra Agentliyin nümayəndələri tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026