İqtisadiyyat və Humanitar Kollecdə Novruz bayramı qeyd edilib

18/03/2022

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollec və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş "Yeddi gözəl xonçası" adlı tədbir keçirilib.

Kollecin direktoru, professor Səhər Orucova bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, xalqımızın milli dəyərlərə önəm verməsi baxımından Novruzun keçirilməsinin əhəmiyyətini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin bayramın dövlət səviyyəsində qeyd olunması məqsədi ilə atdığı mütərəqqi addımları qeyd edən direktor Prezident İlham Əliyevin hər il dövlət səviyyəsində keçirilən Novruz şənliklərində iştirak etməsini, xalqımıza təbrik ünvanlamasını, həmçinin Azərbaycanın I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehribanın xanım Əliyevanın  Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması, təbliği istiqamətində fəaliyyətini milli-mənəvi dəyərlərə dövlət qayğısı kimi xarakterizə edib.

Sonra Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov Novruz bayramının tarixi, adətləri, mərasimləri barədə tədbir iştirakçılarına məlumat verib.

Kollecin və universitetin tələbələri yeddi regionda - Naxçıvan, Qarabağ, İrəvan, Gəncə, Şirvan, Lənkəran, Bakıda Novruz bayramının qeyd olunmasını əks etdirən səhnəciklər nümayiş etdiriblər. Tələbələrinin təqdimatında "İrəvanda xal qalmadı", "Qarabağ", "Novruz" mahnıları, eləcə də haxıştalar ifa olunub, kanonda, gitarada musiqilər səsləndirilib. "Nəsimi" baletindən bir parça, "Arşın mal alan" filmindən olan rəqs, "Şərur yallısı" oynanılıb.

Tədbirdə tələbələrin hazırladıqları xonçalar, çəkdikləri rəsmlər nümayiş etdirilib, "Xonça müsabiqəsi”nin qalibləri seçilib.

Sonda tədbir iştirakçıları bayram tonqalı ətrafında yallı gedib.

Xəbərlər

Türkiyənin Ərciyəz Universitetinin professoru BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib

Türkiyənin Ərciyəz Universitetinin professoru BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib
20/11/2025

BDU-nun Astrofizika kafedrası 2026-cı ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb

BDU-nun Astrofizika kafedrası 2026-cı ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb
20/11/2025

2026-cı ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək

2026-cı ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək
20/11/2025