İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir

25/02/2022

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, Xocalı qurbanları və Qarabağ uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı faciəsi haqqında videoçarx nümayiş etdirilib.

Kollecin direktoru Səhər Orucova çıxışında vurğulayıb ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Ümummilli Liderin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb.

Tədbirdə iştirak edən Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmrəliyev Xocalı hadisələrinin ermənilər tərəfindən çoxdan hazırlandığını, azərbaycanlılara qarşı tarixən həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.

Tədbirdə Kollecin Yaradıcılıq mərkəzinin hazırladığı "Xocalı harayı" tamaşası göstərilib, şeirlər, musiqilər səsləndirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində çəkilən “Xocalı nişanəsi” bədii-sənədli qısametrajlı filmi nümayiş olunub.

Tədbir çərçivəsində 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Kollecin tələbələrinin rəsm əsərləri sərgilənib.

Xəbərlər

BDU-nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb

BDU-nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb
18/05/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da
18/05/2026

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya
18/05/2026