İqtisadiyyat və Humanitar kollecin tələbələri BDU-nun Heydər Əliyev muzeyini ziyarət ediblər

01/04/2022

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecin tələbələri  BDU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Heydər Əliyev muzeyinin direktoru Zəkiyyə Kərimova və muzeyin mütəxəssisi Afət Seyidzadə tələbələrə muzey haqqında ətraflı məlumat verib. Bildirilib ki, muzeydə BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan Ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əks etdirən sənədlər nümayiş olunur.
Kollecin tələbələri Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti ilə yanaşı, mənalı ömrünün müxtəlif dövrlərini əks etdirən fotoşəkillər, sənədlər, böyük şəxsiyyət haqqında Universitet alimlərinin yazdığı kitablarla tanış olublar.
Tələbələr daha sonra Heydər Əliyev lektoriyası, Genetika və təkamül muzeyi, BDU-nun akt zalı, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, Tələbə Gənclər Təşkilatını ziyarət edib, Universitetin həyətyanı sahəsində yerləşən futbol meydançası ilə tanış olublar.

Xəbərlər

BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib

BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
16/11/2026

BDU rektoru Elçin Babayev I Gürcüstan-Azərbaycan Rektorlar Konfransında strateji əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib

BDU rektoru Elçin Babayev I Gürcüstan-Azərbaycan Rektorlar Konfransında strateji əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib
16/11/2026

BDU-da əcnəbi tələbənin elmi seminarı keçirilib

BDU-da əcnəbi tələbənin elmi seminarı keçirilib
16/11/2026