Ramazan bayramınız mübarək!

02/05/2022

Bu gün şəfqət, xeyirxahlıq, mərhəmət rəmzi olan Ramazan bayramıdır.

Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayını məcazi mənada "on bir ayın sultanı" adlandırırlar. Ramazan ayı mənəviyyatı möhkəmləndirən, dini-mənəvi birlik duyğusunu gücləndirən, hər bir şəxsin daxili kamilliyinin formalaşmasına xidmət edən aylardan biridir.

Ramazan ayı insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən, onlara əxlaqi saflığın, nəfs üzərində qələbənin və ruhi-mənəvi kamilliyin sevincini yaşadan mübarək aylardandır.

Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynayıb. Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxlayır, o cümlədən Ramazan bayramını hər il xüsusi təntənə ilə keçirir.

Ramazan bayramı insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır. Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. Savab, ülfət ayı olan Ramazan əsrlər boyunca bəşər övladına dözüm, mərhəmət, Allahın yaratdıqları arasında münasibətlərdə xeyirxahlıq təlqin edir,​ mili-mənəvi birlik, humanizm, səbr, dözüm, yardımsevərlik aşılayır.

Doğma Qarabağımızda həyat yenidən dirçəlir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın qazandığı şanlı Zəfərdən sonra azad edilmiş dədə-baba yurdlarımızda tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir.

Mübarək Ramazan bayramı dövlətimizə sülh, firavanlıq, xalqımıza ruzi-bərəkət gətirsin. Oruc və dualarınız həmişə Tanrı dərgahında qəbul olsun!

Ramazan bayramınız mübarək!

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024