İran musiqiçiləri BDU-da

11/04/2014

Ötən ay İran musiqiçiləri Məhəmməd Əxəvan və Damun Əxəvan İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin dəvəti ilə Təbriz şəhərindən Azərbaycana təşrif gətiriblər. Onlar Respublikamızda Bakı Dövlət Universitetində də öz proqramları ilə çıxış etməli idilər. Nəhayət, gözlənilən konsert mart ayının iyirmi səkkizində Bakı Dövlət Universitetinin yeni tədris korpusunun dairəvi zalında baş tutub. Konsert proqramında Şərqşünaslıq fakültəsinin tələbə və müəllim heyəti, eyni zamanda Şərqşünaslıq fakültəsinin dekanı dosent E.Z.Əzizov, İran filologiyası kafedrasının müdiri professor M.D.Kazımov və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri doktor İbrahim İbrahimi də iştirakçılar sırasında olub.

Tədbiri giriş sözü ilə Şərqşünaslıq fakültəsinin dekanı dosent E.Z.Əzizov açıb. Elxan Əzizov İran və Azərbaycan mədəni əlaqələri barədə söhbət açdı və bu mədəni əlaqələrin inkişafında hər iki ölkənin ziyalı insanlarının, incəsənət ustalarının xüsusi rolunun olduğunu qeyd edib.

Daha sonra İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İ.İbrahimi İran musiqi sənəti və xalq çalğı alətləri barədə danışıb.

İran musiqiçiləri M.Əxəvan və D.Əxəvan Azərbaycan xalq musiqiləri ilə yanaşı, İran mahnılarını da məharətlə ifa ediblər. M.Əxəvan tonbək və qavalda, D.Əxəvan isə səntur musiqi alətində könüloxşayan tərzdə ifa ediblər.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla izlənib. Xüsusilə, İran musiqiçilərinin Azərbaycan xalq mahnısı “ Sarı gəlin” i yeni oranjemanda yüksək səviyyədə ifa etməsi zalda böyük coşqu yaradıb. Onların ifası tamaşaçılar tərəfindən xüsusi rəğbət və alqışlarla qarşılanıb.

Tədbirin sonunda İran filologiyası kafedrasının müdiri professor M.Kazımov çıxış edərək musiqiçilərin ifaları barədə öz təəssüratlarını bildirib.

Mətbuat və informasiya şöbəsi, 11 aprel 2014-ci il.

Xəbərlər

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı
27/04/2026

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır
27/04/2026

BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib

BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib
27/04/2026