İran nümayəndə heyəti BDU-da olub

05/12/2014

İran Mədəniyyət və İslam Əlaqələri təşkilatının sədri, hüquq elmləri üzrə elmlər doktoru Əbuzər İbrahimi Türkmən,İran səfirliyinin mədəniyyət müşaviri İbrahim İbrahimi və müavini Əlirza Behbudi, Mədəniyyət və İslam Əlaqələri təşkilatının eksperti Əsgər Farsi Bakı Dövlət Universitetində olublar. Qonaqları salamlayan rektor, akademik Abel Məhərrəmov universitetin tarixi, elmi nailiyyətləri və təhsilin inkişaf perspektivləri barədə məlumat verib, universitetlərarası əməkdaşlıq məsələlərindən danışıb.

İran Mədəniyyət və İslam Əlaqələri təşkilatının sədri Əbuzər İbrahimi Türkmən də öz növbəsində Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib, əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Görüşdə BDU-da fars dili və ədəbiyyatının tədrisi, kadr hazırlığı  həmçinin nanotexnologiya sahəsində müəllim və tələbə mübadiləsi məsələləri müzakirə edilib.

Mətbuat və informasiya şöbəsi 4 dekabr 2014-cü il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”
01/10/2026

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub
01/10/2026

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş
01/10/2026