İran İslam Respublikasının Azərbaycandakı səfiri BDU-nun professorunu təbrik edib

05/10/2018

İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə və səfirliyin əməkdaşları Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının professoru Təhminə Rüstəmovanı elmi-pedaqoji fəaliyyətinin 64 illiyi, həmçinin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik ediblər.

Professor T.Rüstəmova onu evində ziyarət edən qonaqlara təşəkkür edib, ömür yolu, elmi-pedaqoji fəaliyyəti barədə məlumat verərək onları zəngin kitabxanası ilə tanış edib. Səfir Cavad Cahangirzadə Azərbaycanda fars dilinin tədrisində və tədqiqində, şərqşünas filoloq və tərcüməçilərin yetişməsində, dərslik və dərs vəsaitlərinin tərtib olunmasında çox böyük xidmətləri olan professorun məhsuldar əməyini yüksək qiymətləndirib. Sonda professor Təhminə Rüstəmovaya səfirliyin “Fəxri Fərman”ı və xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, görüşdə Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadə  də iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 05 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026