Rektor Abel Məhərrəmov 4 fakültənin tələbələri ilə görüşüb

26/05/2014

Bu gün rektor, akademik Abel Məhərrəmov 4 fakültənin Yekun Dövlət Attestasiyasına buraxılan tələbələrini qəbul edib.Biologiya, Beynəlxalq münasibətlər və İqtisadiyyat, Tarix və Sosial elmlər və Psixologiya fakültələrinin tələbələri ilə yanaşı dekan və kafedra müdirləri də görüşdə iştirak edib.

Yekun Dövlət Attestasiyası ilə bağlı məlumat verən rektor, eyni zamanda tələbələrin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb və müəyyən tapşırıqlarını verib. Abel Məhərrəmov tələbələrə imtahana ciddi hazırlaşmalarını tövsiyə edib, imtahanlara bilavasitə özü nəzarəti edəcəyini xatırladıb.

Eyni zamanda fakültə dekanları və kafedra müdirlərinə tələbələrlə vaxtaşırı görüşmək, onların icmal mühazirələrdə fəal iştiraklarını təmin etmək üçün lazımi göstərişlərini verib.

Mətbuat və informasiya şöbəsi, 26 may 2014-cü il.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026