Rektor Abel Məhərrəmov BDU-nun SABAH qrupları tələbələrini təbrik edib

15/03/2017

Rektor, akademik Abel Məhərrəmov “SABAH innovasiya Forumu”nun qalibləri və Harvard Universitetində Beynəlxalq konfransda iştirak edən BDU-nun SABAH qrupları tələbələri ilə görüşüb. BDU SABAH mərkəzinin rəhbəri, dosent İradə Süleymanova tələbələrin iştirak etdikləri müsabiqələr haqqında məlumat verdikdən sonra rektor qalib komanda üzvlərini dinləyib, layihələrinin həyata keçirilməsi istiqamətində istənilən dəstəyin veriləcəyini bildirib. 
“SABAH innovasiya Forumu” Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tərəfdaşlığı, Təhsil Nazirliyi SABAH qruplarının təşkilatçılığı, Azercell, Barama Innovation & Entrepreneurship Center, GoldenPay, Industrial Training & Development (İVY Group), Kaspersky Lab, Microsoft Azerbaijan və Youth Inc. ilə keçirilir.

Mətbuat və informasiya şöbəsi, 15 mart 2017-ci il

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026