Rektor Abel Məhərrəmov Latviya səfirini qəbul edib

03/05/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hardis Baumanisi qəbul edib. BDU-nun yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən bəhs edən rektor Latviyanın ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi önəm verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən danışıb.

1921-ci ildə Latviyanın müstəqillik qazandığı vaxt Azərbaycanın ilk olaraq Latviya xalqını bu münasibətlə təbrik etdiyini xatırladan səfir Hardis Baumanisi Azərbaycan və Latviya dövlətləri arasında sıx əlaqələrin olduğunu bildirib. Latviya Dövlət Universitetinin BDU ilə oxşar tarixinin olduğunu, onun da 1919-cu ildə yarandığını bildirən səfir Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

BDU-da bir sıra mərkəzlərin olduğunu xatırladan rektor Abel Məhərrəmov gələcəkdə Baltik mərkəzinin də açılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, bu ilin sentyabr-oktyabr aylarında Latviya Dövlət Universitetinin rektoru Martsis Auzenişin BDU-ya səfəri olacaq. Səfər zamanı iki universitet arasında anlaşma protokolu imzalanacaq.

Qarşılıqlı maraq kəsb edən digər məsələlərin də müzakirə edildiyi görüş qonağın universitetlə tanış olaraq yüksək təəssüratla ayrılması ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 03 may 2011-ci il.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025