Rektor Abel Məhərrəmov Ukrayna nümayəndə heyətini qəbul edib

06/07/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ukrayna Milli Elmlər Akademiyası Krım Şərqşünaslıq Universitetinin professoru Yuriy Koçubeyi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Vladimir Serhiçeki, “Kiyev-Mohila Akademiyası” Milli Universitetinin maliyyə və iqtisadiyyat işləri üzrə vitse-prezidenti Lyudmila Dançenkonu, Ukrayna İctimai Televiziyasının redaktoru Kristina Stebelskanı, Kiyev Milli Aviasiya Universitetinin professoru, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm-mədəniyyət, İdman mərkəzinin direktoru Arif Quliyevi və “Kiyev-Mohila Akademiyası” Milli Universitetinin müəllimi, Ukraynada yaşayan azərbaycanlı türkoloq Fərhad Turanlını qəbul edib. Universitetin yaranma və inkişaf tarixindən qonaqlara məlumat verən rektor, əsasən onun beynəlxalq əlaqələrindən bəhs edib. Görüşdə Bakı Dövlət Universitetində Ukraynanın kitab fondunun yaradılması, universitet əsasında kollequmun açılması və digər ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Bir neçə gün əvvəl BDU İlə Xarkov Milli Universiteti arasında memorandomun imzalandığını xatırladan rektor, Ukraynanın digər universitetləri ilə də gələcəkdə əməkdaşlığın vacibliyini qeyd edib. Qonaqlar da Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Daha sonra qonaqlar universitetə kitab hədiyyələrini, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Vladimir Serhiçeki isə akademik Abel Məhərrəmova təmsil etdiyi universitetin yubiley medalını, müəllifi olduğu kitabları və Ukraynada Azərbaycan diasporasının nəşr etdirdiyi “Azərbaycan” qəzetini təqdim edib. Qonaqlara təşəkkür edən rektor, professor Vladimir Serhiçekə üzərində ümummilli lider Heydər Əliyevin əksi olan qızıl medalı hədiyyə edib. Görüşün nəticəsi olaraq Bakı Dövlət Universitetində Ukraynanın kitab fondunun yaradılması qərara alınıb. Universitetlə yaxından tanış olan qonaqlar, ondan xoş təəssüratla ayrılıblar.

Mətbuat və İnformasiya şöbəsi, 06 iyul 2011-ci il.

(Material AzerTac, APA, 1news.az, SalamNews, novoteka.ru, news.rambler.ru,ru.redtram.com, Modern.az, Azadinform, Azxeber.com informasiya agentliklərində, xəbər portallarında və "Yeni Azərbaycan", "Xalq qəzeti", "Exo" qəzetlərində də yayımlanıb -06-08 iyul 2011-ci il)


Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024