Rektor alimləri təltif edib

06/06/2012

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Coğrafiya fakültəsinin professorları - Rəhim Hüseynov, Çingiz İsmayılov və dosent Elxan Nuriyevi doğum günləri münasibətilə qəbul edib.
Alimlərin universitet həyatında fəaliyyətlərini yüksək qiymətləndirən akademik Abel Məhərrəmov onların həyatlarını elmə, dövlətin inkişafına, təhsilimizin gələcəyinə həsr etdiklərini qeyd edib. Rektor onları təbrik edərək, elmi fəaliyyətlərində uğurlar, cansağlığı və uzun ömür arzulayıb.
Akademik alimləri elmin və təhsilin inkişafında və gənclərin yetişdirilməsindəki xüsusi xidmətlərinə, tələbələrdə vətənə, xalqa dövlətə, məhəbbət ruhunun aşılanmasındakı rollarına görə Fəxri Fərmanla təltif edib.Qeyd edək ki, yubilyarlara müvafiq pul mükafatı verilib.

Mətbuat və İnformasiya Şöbəsi,  06 iyun 2012-ci il

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026