Rektor beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçilib

17/10/2018

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Norveçdə dərc edilən International Journal of Analytical Mass Spectrometry and Chromatography (Analitik Kütlə Spektrometriyası və Xromatoqrafiya) beynəlxalq jurnalının redaksiya heyətinin üzvü seçilib.

Dünyanın müxtəlif ölkələrindən tanınmış alimlərin təmsil edildiyi junal kütlə spektometriyası və xromatoqrafiya sahəsində nüfuzlu nəşr hesab edilir.

Köhnə sovetlər birliyindən yalnız Rusiyadan olan alimlərin daxil edildiyi redaksiya heyətinə akademik Abel Məhərrəmovun üzv seçilməsi Azərbaycanın kütlə spektometriyası və xromatoqrafiya sahəsində çalışan alimlərinin elmi nəticələrinin beynəlxalq səviyyədə təbliğ olunmasına, elmimizin nüfuzunu daha da yüksəldilməsinə öz müsbət təsirini göstərəcək.

Mətbuat və informasiya şöbəsi, 17 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026