Rektor Beynəlxalq Materialşünaslıq Cəmiyyətinin (MSI) koordinatorunu qəbul edib
19/05/2010
Mayın 17-də Beynəlxalq Materialşünaslıq Cəmiyyətinin (MSI) koordinatoru professor Günter Effenberg Təhsil Nazirliyinin və AMEA-nın dəvəti ilə ölkəmizə səfər edib. Həmin gün BDU-nun kimya fakültəsində materialşünaslığın müasir problemləri və bu sahədə beynəlxalq informasiya şəbəkəsi haqqında məruzə ilə çıxış edib. Professor G.Effenberg rektor, akademik Abel Məhərrəmov tərəfindən də qəbul edilib. Görüşdə universitetin bu təşkilatla əməkdaşlıq məsələləri müzakirə edilib. BDU-nun MS tərəfindən yaradılan informasiya bankına üzvlüyə qəbul edilməsi haqqında razılıq əldə edilib. Görüşdə beynəlxalq əlaqələr üzrə proretkor, dosent Elxan Hüseynov və xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova da iştirak edib.
Mətbuat və informasiya şöbəsi
Xəbərlər
BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib
BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib
BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib
BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib
BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər
BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər
