Rektor birinci kurslarla görüşüb

17/10/2018

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Coğrafiya, Ekologiya və Torpaqşünaslıq,   Filologiya, Tarix, Hüquq və Şərqşünaslıq fakültələrinin birinci kurs tələbələri ilə görüşüb. Tədbirdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor, professor Sani Hacıyev, adıçəkilən fakültələrin dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Rektor universitet haqqında məlumat verib,  tələbələrin inkişafı üçün lazımi şəraitin yaradıldığını bildirib.  Universitetin 100 illik tarixi yubileyə hazırlaşmasından da bəhs edən rektor, yubiley ərəfəsində yeni Yataqxana şəhərciyinin və Yüksək Texnologiyalar Mərkəzinin istifadəyə veriləcəyini diqqətə çatdırıb.

Rektor birinciləri ali məktəbə qəbul olunmaları münasibətilə bir daha təbrik edib, onlara təhsildə nailiyyətlər arzulayıb, tövsiyələrini verib. Professor-müəllim heyətinə isə tələbələri elmi fəaliyyətə cəlb olunması ilə bağlı tapşırıq verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 17 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026