Rektor birincilərlə görüşüb

10/10/2018

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Kimya, Biologiya, Mexanika riyaziyyat və Fizika fakültələrinin birinci kurs tələbələri ilə görüşüb. Tədbirdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, adıçəkilən fakültələrin dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Universitetin 100 illik tarixi yubileyə hazırlaşmasından bəhs edən rektor, yubiley ərəfəsində yeni Yataqxana şəhərciyinin və Yüksək Texnologiyalar Mərkəzinin istifadəyə veriləcəyini bildirib.

Rektor birinciləri ali məktəbə qəbul olunmaları münasibətilə bir daha təbrik edib, onlara təhsildə nailiyyətlər arzulayıb, tövsiyələrini verib. Professor-müəllim heyətinə isə tələbələri elmi fəaliyyətə cəlb olunması ilə bağlı tapşırıq verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Mətbuat və informasiya şöbəsi, 10 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026