Rektor cari ildə təqaüdə çıxan bir qrup əməkdaşla görüş keçirilib
14/09/2017
Bu gün Bakı Dövlət Universitetində cari ildə təqaüdə çıxan bir qrup əməkdaşla görüş keçirilib.
Rektor, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetində uzun illər qüsursuz, səmərəli çalışdığına, elm, təhsil və ictimai həyatdakı xüsusi xidmətlərinə, yüksək ixtisaslı kadrların hazırlanmasında fəaliyyətinə görə hər bir əməkdaşa təşəkkür edib.
Bakı Dövlət Universitetinin həyatlarında oynadığı rola diqqət çəkən əməkdaşlar qəbul üçün təşəkkür edib, təqaüdə çıxmalarına baxmayaraq, universitet ilə əlaqələrini davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, rektorun əmri ilə təqaüdə çıxan hər bir əməkdaşa təşəkkür elan edilməklə bir aylıq əməkhaqqı miqdarında pul mükafat verilib.
Mətbuat və informasiya şöbəsi, 14 sentyabr 2017-ci il.
Xəbərlər
BDU-da ilk dərs günündən 107 il ötür
BDU-da ilk dərs günündən 107 il ötür
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
