Rektor daha 3 fakültənin birincilərini qəbul edib

01/11/2011

Rektor, akademik Abel Məhərrəmov birinci kurs tələbələri ilə silsilə görüşlərini davam etdirir. Bu gün rektor Fizika, Filologiya və Şərqşünaslıq fakültəsinə qəbul olan birinci kurs tələbələr ilə görüş keçirib. Tədbirdə Tədrisin təşkili və təlimi texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə və müvafiq fakültələrin dekanları iştirak edib. Rektor Abel Məhərrəmov birinciləri tələbə adı qazanmaları münasibətilə təbrik edib. Onlara universitetin tarixi, inkişaf yolu barədə məlumat verib. Ümummilli lider Heydər Əliyevin məzunu olduğu universitetdə oxumağın böyük şərəf, həm də məsuliyyət olduğunu söyləyən akademik A.Məhərrəmov onları ixtisaslarını dərindən mənimsəməyə, xarici dil, informatika biliklərini artırmağa səsləyib.

 

Mətbuat və informasiya şöbəsi, 01 noyabr 2011-ci il.


Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026