Rektor daha 3 fakültənin birincilərini qəbul etdi

06/10/2011

Bu gün rektor, akademik Abel Məhərrəmov İlahiyyat, Ekologiya və torpaqşünaslıq, Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinə qəbul olan birinci kurs tələbələr ilə görüş keçirib. Tədbirin əvvəlində Tədrisin təşkili və təlimi texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva universitetə daxil olan tələbələrin sayı barədə məlumat verib, yüksək bal toplayan, eyni zamanda prezident təqaüdünə layiq görülən tələbələrin adlarını oxuyub. Rektor Abel Məhərrəmov birinciləri tələbə adı qazanmaları münasibətilə təbrik edib. Onlara universitetin tarixi, inkişaf yolu barədə məlumat verib. Ümummilli lider Heydər Əliyevin məzunu olduğu universitetdə oxumağın böyük şərəf, həm də məsuliyyət olduğunu söyləyən akademik A.Məhərrəmov onları ixtisaslarını dərindən mənimsəməyə, xarici dil, informatika biliklərini artırmağa səsləyib.

 

Mətbuat və informasiya şöbəsi, 06 oktyabr 2011-ci il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”
01/10/2026

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub
01/10/2026

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş
01/10/2026