Rektor daha 4 fakültənin birincilərini qəbul etdi

31/10/2011

Bu gün rektor, akademik Abel Məhərrəmov Coğrafiya, Tarix, Geologiya və Kitabxanaçılıq-informasiya fakültəsinə qəbul olan birinci kurs tələbələr ilə görüş keçirib. Tədbirdə Tədrisin təşkili və təlimi texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə və müvafiq fakültələrin dekanları iştirak edib. Rektor Abel Məhərrəmov birinciləri tələbə adı qazanmaları münasibətilə təbrik edib. Onlara universitetin tarixi, inkişaf yolu barədə məlumat verib. Ümummilli lider Heydər Əliyevin məzunu olduğu universitetdə oxumağın böyük şərəf, həm də məsuliyyət olduğunu söyləyən akademik A.Məhərrəmov onları ixtisaslarını dərindən mənimsəməyə, xarici dil, informatika biliklərini artırmağa səsləyib.

Mətbuat və informasiya şöbəsi, 31 oktyabr 2011-ci il.


Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026