Rektor daha beş fakültənin kollektivi ilə görüş keçirib

03/05/2019

BDU-nun rektoru Elçin Babayev Coğrafiya, Geologiya, Biologiya, Kimya, Ekologiya və torpaqşünaslıq fakültələrinin kollektivi ilə görüşüb.
Universitetin tədris, elm və innovasiya, sosial həyatı və beynəlxaq əlaqələri ilə bağlı yeni hədəflərini açıqlayan rektor, boş olan vəzifələri tutmaq üçün elan edilmiş müsabiqə haqqında məlumat verib, eyni zamanda  tədrisin keyfiyyətinin təmin olunması istiqamətində görülən işlərin gücləndirilməsi, universitetdə nəşr edilən elmi jurnalların optimallaşdırılması, fakültələrin səlahiyyətlərinin genişləndirilməsi, maddi-texniki bazasının təkmilləşdirilməsi vəkonfransların keçirilməsində yeni yanaşmaların tətbiqinin vacibliyini qeyd edib. Görüşdə, eyni zamanda, doktorantlarım attestasiyadan keçirilmə qaydaları, elmi seminarların intensivləşdirilməsi, universitetin elektronlaşdırılması, 100 illik yubileyə hazırlıq prosesi və s. kimi məsələlər barədə də məlumat verib.
Görüş professor-müəllim heyətini maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
Qeyd edək ki, görüşlər davamlı olaraq bütün fakültələrlə keçirilir.

Mətbuat və informasiya şöbəsi, 03 may 2019-cu il.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026