Rektor Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Jurnalistika və Tarix fakültələrinin kollektivi ilə görüş keçirib

01/05/2019

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Jurnalistika və Tarix fakültələrinin kollektivi ilə görüşüb.

Universitetin cari və perspektiv fəaliyyət proqramı, görülən və nəzərdə tutulan işlər barədə məlumat verən rektor dekan, kafedra müdiri, professor və müəllimlərin seçkisi və boş olan vəzifələri tutmaq üçün elan edilmiş müsabiqə haqqında məlumat verib. Rektor tədrisin keyfiyyətinin təmin olunması istiqamətində görülən işlərin və elmi-tədqiqatların gücləndirilməsi barədə danışıb, yerli və beynəlxalq konfransların keçirilməsində yeni yanaşmaların tətbiqinin vacibliyini qeyd edib. Eyni zamanda, elmi məqalələrin yazılması, onların nüfuzlu jurnallarda çap etdirilməsi, universitetdə nəşr edilən elmi jurnalların optimallaşdırılması istiqamətində yeni hədəflərini açıqlayıb, fakültələrin səlahiyyətlərinin genişləndirilməsi və maddi-texniki bazasının təkmilləşdirilməsi barədə danışıb.

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə hazırlıq prosesi, yubiley tədbirinin eyni zamanda YUNESKO-da qeyd ediləcəyi barədə məlumat verən rektor professor-müəllim heyətini maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, görüşlər davamlı olaraq bütün fakültələrlə keçirilir.

Mətbuat və informasiya şöbəsi, 01 may 2019-cu il.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026