Rektor Elçin Babayev BDU-da təhsilini davam etdirən MDU tələbələri ilə görüşüb

18/02/2020

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Mingəçevir Dövlət Universitetinin (MDU) BDU-da təhsilini davam etdirən “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə təhsil alan III kurs tələbələri Aytac Əbilova və Səbinə Rzayeva ilə görüşüb. Elçin Babayev tələbə mübadiləsinin BDU və MDU arasında 2019-cu ilin 30 sentyabr tarixində imzalanmış əməkdaşlıq haqqında protokol əsasında reallaşdığını deyib. Rektor 2019/2020-ci tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetində təhsil alacaq A.Əbilova və S.Rzayevanı “qarşılıqlı münasibətlərin qaranquşları” adlandırıb. Onların artıq BDU ailəsinin üzvü olduqlarını deyib, buradakı şəraitləri ilə maraqlanıb, yeni açılacaq Tələbə Evi haqqında məlumat verib. Tələbələrə öz tövsiyələrini də verərək onları BDU-nun ictimai-sosial həyatında yaxından iştirak etməyə çağırıb. Öz növbələrində MDU-nun tələbələri BDU-da onların təhsil almaları üçün yaradılmış hərtərəfli şəraitə görə universitet rəhbərliyinə təşəkkür ediblər.

Qeyd edək ki, bu mübadilədə  iştirak üçün tələbə seçimi zamanı yüksək akademik nailiyyətlər, MDU-nun ictimai həyatında fəal iştirak və digər bu kimi meyarlar əsas götürülüb.

Xəbərlər

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
16/05/2026

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026