Rektor Filologiya fakültəsinin kollektivi ilə görüşüb

29/04/2019

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Filologiya fakültəsinin dekanı, dekan müavinləri, kafedra müdirləri, professor-müəllim heyəti və digər əməkdaşları ilə görüşüb.
Universitetin yeni hədəflərindən, cari və perspektiv fəaliyyət proqramından danışan rektor dekan, kafedra müdirləri, professor və müəllimlərin seçkisindən, tədrisin keyfiyyətinin təmin olunması istiqamətində aparılan işlərin gücləndirilməsindən, imtahanların keçirilmə formalarından, gənc alimlərin fəaliyyətini stimullaşdırmağın yollarından bəhs edib.
Rektor yerli və beynəlxalq konfransların keçirilməsində yeni yanaşmaların tətbiqinin vacibliyini, elmi məqalələrin yazılması, onların yüksək indeksli jurnallarda çap etdirilməsi üçün müvafiq beynəlxalq nəşriyyatların təlimlərində iştirakın vacibliyini qeyd edib.
Görüşdə, eyni zamanda, elmi-tədqiqat işlərinini gücləndirilməsi, fakültənin maddi-texniki bazasının təkmilləşdirilməsi, texniki təminatının yaxşılaşdırılması barədə fikir mübadiləsi aparılıb, professor-müəllim heyətinin qaldırdığı məsələlər müzakirə edilib.
Rektor Elçin Babayev 2019-cu ilin Bakı Dövlət Universitetinin həyatında əlamətdar olduğunu deyərək 100 illik yubileyə hazırlıq prosesi haqqında məlumat verib, yubiley tədbirlərinin YUNESKO və bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən qeyd ediləcəyi barədə qərarların qəbul olunduğunu diqqətə çatdırıb.
Tədbir professor-müəllim heyətinin suallarının cavablandırılması ilə başa çatıb.
Qeyd edək ki, görüşlərin davamlı olaraq bütün fakültələrlə keçirilməsi nəzərdə tutulub.

Mətbuat və informasya şöbəsi, 29 aprel 2019-cu il.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025