Rektor fərqlənən tələbələrlə görüşüb

25/02/2020

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Hüquq fakültəsinin 15-16 fevral tarixlərində Bakıda keçirilən “Philip C.Jessup International Law Moot Court Competition” (“Jessup”) Beynəlxalq məhkəmə müsabiqəsinin Azərbaycan seçimlərində qalib gələn tələbələri ilə görüşüb. Qalib tələbələri təbrik edən rektor bildirib ki, müsabiqə hüquq təhsili alan tələbələrdə vəkillik, hüquqi təhlil, hüquqi yazı, hüquqi nitq kimi bilik və bacarıqların əldə edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. E.Babayev ölkəmizdə gənclərə yaradılan şərait barədə də məlumat verib: “Dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır. Bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi sferalarında aktiv fəaliyyət göstərir, ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edir”.

Əlavə edək ki, Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən hər il təşkil olunan “Jessup” dünyada ən nüfuzlu beynəlxalq məhkəmə müsabiqələrindən biri hesab olunur. Məqsədi hüquq təhsili alan tələbələrinin beynəlxalq hüquq sahəsində analitik və praktiki bacarıqlarını inkişaf etdirmək olan müsabiqə Beynəlxalq Ədalət Məhkəməsinin (International Court of Justice) simulyasiyasıdır. Qalib olan tələbələr aprel ayında Azərbaycanı ABŞ-ın Vaşinqton şəhərində keçiriləcək beynəlxalq müsabiqədə təmsil etmək hüququ qazanıblar.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026