Rektor imtahan prosesini izləyib - VİDEO

07/01/2020

Bakı Dövlət Universitetində (BDU) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib.

Rektor Elçin Babayev imtahan sessiyası başlamazdan əvvəl Universitetin Böyük akt zalında fakültə dekanları və müəllim-koordinatorlarla görüş keçirib. İmtahan sessiyasının keçirilməsi ilə bağlı bütün texniki-təşkilati işlərin yüksək səviyyədə başa çatdırıldığını deyən rektor E.Babayev sessiyanın şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələrin qoyulduğunu bildirib.

Sonra müəllim-koordinatorların bölgüsü aparılıb və onlar imtahan sessiyasının gedişinə operativ nəzarət etmək üçün müvafiq fakültələrə təhkim ediliblər.

Rektor Elçin Babayev imtahanların keçirildiyi auditoriyalarda imtahanın gedişini izləyib, tələbələrlə söhbət aparıb, imtahanla bağlı onları maraqlandıran məsələləri müzakirə edib. Bildirib ki, sessiya ilə bağlı yarana biləcək istənilən məsələ ilə bağlı Qərargaha, “Qaynar xəttə”, elektron poçt və bütün tədris korpuslarındakı rəy qutuları vasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, 2020-ci il yanvarın 7-dən 31-dək keçiriləcək sessiya imtahanlarında müxtəlif səbəblərdən iştirak etmədiklərinə görə akademik borcu yaranmış tələbələr (magistrantlar) mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla 2020-ci il fevral ayının 3-dən 7-dək həmin fənlərdən imtahan verə biləcəklər.

VİDEO

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026