Rektor Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin kollektivi ilə görüşüb

25/04/2019

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin dekanları, dekan müavinləri, kafedra müdirləri, professor-müəllim heyəti və digər əməkdaşları ilə görüşüb.

Görüşdə universitetin təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyatı və beynəlxaq əlaqələri ilə bağlı yeni hədəfləri açıqlanıb.

Universitetin cari və perspektiv fəaliyyət proqramından danışan rektor fakültələr üzrə dekan, kafedra müdiri, professor və müəllim seçkisindən, tədrisin keyfiyyətinin təmin olunması istiqamətində aparılan işlərin gücləndirilməsindən, imtahanların keçirilmə formalarından, gənc alimlərin fəaliyyətindən və onları stimullaşdırmağın yollarından bəhs edib. Rektor həmçinin universitetdə keçirilən respublikadaxili və beynəlxalq konfransların daha yüksək səviyyədə təşkil olunması istiqamətində yeni hədəflərini açıqlayıb, elmi məqalələrin yazılması, onların nüfuzlu nəşrlərdə çap etdirilməsi, bunun üçün müvafiq beynəlxalq şirkətlərin təlimlərində iştirakın vacibliyini qeyd edib. Riyaziyyatın müxtəlif istiqamətləri üzrə “İkili diplom” verilməsi barədə danışan rektor fakültələri bu məsələdə aktiv olmağa çağırıb.

Görüşdə, eyni zamanda, elmi-tədqiqat işləri, dərslik və dərs vəsaitləri barədə danışılıb, fakültələrin maddi-texniki bazasının gücləndirilməsi, texniki təminatının yaxşılaşdırılması barədə fikir mübadiləsi aparılıb, professor-müəllim heyətinin qaldırdığı məsələlər müzakirə edilib.

Sonda Bakı Dövlət Universitetinin 100 illik yubileyinə hazırlıq prosesi haqqında məlumat verən rektor yubiley tədbirlərinin YUNESKO, o cümlədən bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən qeyd ediləcəyi barədə qərarların qəbul olunduğunu diqqətə çatdırıb.

Tədbir professor-müəllim heyətinin suallarının cavablandırılması ilə başa çatıb.

Qeyd edək ki, görüşlərin davamlı olaraq bütün fakültələrlə keçirilməsi nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi, 25 aprel 2019-cu il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”
02/06/2026

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək
02/06/2026

“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tələbə qəbulunun müddəti uzadılıb

“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tələbə qəbulunun müddəti uzadılıb
02/06/2026