Rektor onlayn iclas keçirib

06/05/2020

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 06  may 2020-ci il tarixində prorektorlar, rektor müşavirləri, bır sıra struktur rəhbərləri və fakültə dekanlarının iştirakı ilə onlayn iclas keçirib. E.Babayev Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə çərçivəsində görülən tədbirlər və BDU-da bu istiqamətdə aparılan işlər haqqında məlumat verib. Pandemiyanın ilk günlərindən etibarən Azərbaycanın infeksiyanın yayılmasının qarşısının alınması üçün çevik və effektiv qabaqlayıcı addımlar atdığını qeyd edilib. Bildirilib ki, koronavirus ilə mübarizə sahəsində ölkə Prezidentinin hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyi qərarlar, onun təşəbbüsü və rəhbərliyi ilə operativ olaraq həyata keçirilən qabaqlayıcı və effektiv tədbirlər infeksiyanın geniş yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün mühüm əhəmiyyətə malik olmuşdur.

Rektor iclas iştirakçılarına xüsusi karantin rejimində BDU-da tədrisin və elmi fəaliyyətin məsafədən təşkil edilməsinin uğurla davam etdirildiyini bildirmiş və  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Universitetdə onlayn şəkildə keçirilən silsilə tədbirlər, müsabiqələr, müxtəlif fakültələrin təşəbbüsü ilə keçirilən və keçirilməsi planlaşdırılan beynəlxalq və respublika səviyyəli virtual elmi konfranslar haqqında məlumat verib. E.Babayev Ulu Öndərin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən söz açaraq qeyd edib ki, milli dövlətçiliyimizin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyət çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb.

Daha sonra iclasda karantin dövrü ərzində Universitetdə təşkil edilən onlayn dərslərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Bildirilib ki, bugünə qədər “Microsoft Teams” platforması üzərindən 2000-ə yaxın qrup və ya qrup birləşməsi yaradılmış, 40000-ə qədər onlayn dərs təşkil edilmişdir. Ölkədə yaranmış mövcud vəziyyətlə əlaqədar olaraq cari semestr üzrə tələbələrin biliyinin qiymətləndirilməsi, xüsusilə sosial həssas qrupa daxil olan ailələrin tələbə övladlarının təhsil haqlarına edilən güzəştlər və s. ətrafında fikir mübadiləsi aparılıb.

İclas Universitetdə aparılan elmi-tədqiqat işlərinin və jurnalların hazırkı vəziyyəti, yüksək impakt faktorlu elmi jurnallarda dərc olunma fəallığı və ali təhsil sisteminin fəaliyyətinin təmin edilməsi məqsədilə işə cəlb olunacaq konkret sayda əməkdaşların siyahısının hazırlanması və təqdim olunması kimi məsələlərin müzakirəsi ilə davam edib.

İclasda gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün strukturlara müvafiq tapşırıqlar verilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024