Rektor professoru təbrik edib

28/06/2016

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının professoru Şahlar Əsgərovun 75 yaşı tamam olub. Yubiley münasibətilə universitetin rektoru, akademik Abel Məhərrəmov professor Şahlar Əsgərovu təbrik edib, ona uzunmüddətli elmi-pedaqoji və maarifçilik fəaliyyətinə görə təşəkkür edib. Təbrik etmə mərasimində Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Fizika fakültəsinin dekanı, professorMəhəmmədəli Ramazanov da iştirak ediblər.

Həm alim, müəllim, həm də ictimai xadim kimi daim səmərəli fəaliyyət göstərən professor Şahlar Əsgərov bütün həyatını fizika elminə həsr edib, müəllifi olduğu bir neçə istiqamət üzrə elmi məktəblər yaradıb. Şahlar Əsgərov 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın, nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri müəllifidir.

Mətbuat və informasiya şöbəsi, 28 iyun 2016-cı il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026