Rektor professoru təbrik edib

18/10/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Fizika fakültəsinin optika və molekulyar fizika kafedrasının professoru, Fizika Problemləri İnstitutunun şöbə müdiri, fizika-riaziyyat elmləri doktoru Niftalı Qocayevi 75 yaşının tamam olması münasibəti ilə təbrik edib, ona BDU-nun Fəxri fərmanını təqdim edib. Qeyd edək ki, Fizika fakültəsini 1958-ci ildə fərqlənmə diplomu ilə bitirmiş professor Niftalı Qocayev ömrünün sonrakı çağlarını BDU-da keçirmişdir. O, optika və molekyulyar fizika kafedrasında assistant vəzifəsindən professor vəzifəsinə kimi yüksəlmiş, 16 il həmin kafedranın müdiri işləmişdir. 53 illik elmi-pedaqoji fəaliyyəti müddətində BDU-da, Türkiyənin Atatürk və İstanbul universitetlərində ümumi fizika kursundan yüksək səviyyəli mühazirələr oxumuşdur. Professor N.Qocayev mötəbər elmi jurnallarda dərc olunmuş 300-dən çox məqalənin, 16 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə 30-a yaxın elmlər doktoru və elmlər namizədi dissertasiya işləri müdafiə etmişdir. Onun Moskva şəhərində “Vısşaya şkola” nəşriyyatı tərəfindən dərc olunmuş 26 çap vərəqli “Optika” dərsliyi hazırda MDB ölkələrinin ali məktəblərində tədris olunur. Professor 2011-ci ildən əvəzçiliklə Qafqaz Universitetində Elmi işlər üzrə prorektor vəzifəsində işləyir və “Journal of Qafqaz University” elmi jurnalının baş redaktorudur. N.Qocayev uzun müddət BDU elmi şurasının üzvü və fakültə müdafiə şurasının sədr müavini olmuş, hazırda fakültə Elmi şurasının və fakültədə fəaliyyət göstərən Dissertasiya şurasının üzvüdür.

Mətbuat və informasiya şöbəsi, 18 oktyabr 2011-ci il.


 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026