Rektor rusiyalı dekanı qəbu edib

15/04/2011
Rektor, akademik Abel Məhərrəmov Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Dövlət və Lomonosov mükafatları laureatı Sergey Karpovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

BDU haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən, əsasən də Rusiya Federasiyası universitetləri ilə münasibətlərdən bəhs edib.

Rektor Rusiyanın ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən danışıb.

Öz növbəsində Sergey KarpovAzərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Ölkələrimiz arasında əməkdaşlıq və dostluq əlaqələrinin genişləndirilməsi istiqamətində gələcək perspektivlərdən danışaraq, gənc mütəxəssislər arasında informasiya mübadiləsinin aparılmasının zəruriliyini qeyd edib.

Qarşılıqlı maraq kəsb edən digər məsələlərin də müzakirə edildiyi görüş qonagın universitetlə tanış olaraq yüksək təəssüratla ayrılmasi ilə başa çatıb.

Qeyd edək ki, görüşdə Postsovet məkanlarının öyrənilməsi üzrə informasiya-analitik mərkəzin direktoru, MDU-nun tarix fakültəsinin dekan müavini Aleksey Vlasov və MDU-nun tarix fakültəsinin müəllimi, tarix elmləri namizədi, dosent İsmayıl Atakişiyev də iştirak edirdi.

BDU-nun Mətbuat və Informasiya şöbəsi, 15 aprel 2011-cu il.

Xəbərlər

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb
16/06/2026

BDU-da yaz imtahan sessiyası uğurla davam edir

BDU-da yaz imtahan sessiyası uğurla davam edir
16/06/2026

Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü

Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü
15/06/2026